İqtisadi islahatlar sistemli şəkildə davam etdirilir! | Banco.az

İqtisadi islahatlar sistemli şəkildə davam etdirilir!

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı işçi qruplarının iclasları keçirilib.

  Müzakirələrdə qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyilə biznesə başlama, tikintilərə icazələr, kreditlərin əldə olunması, elektrik şəbəkəsinə qoşulma, investorların hüquqlarının müdafiəsi, elektron məhkəmə, onlayn vahid ixrac ərizəsi və əmlakın qeydiyyatı kimi sahələrdə dərin islahatlar aparılıb.

    Qeyd edək ki, bu işçi qruplar Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı əsasında yaradılıb. Sərəncamın icrası məqsədilə Tədbirlər Planı da qəbul edilib.      

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində sahibkarlar üçün keçirilən görüşlər, “İslahatlar İcmalı”nın xüsusi buraxılışlarının dərci zamanı aparılan maarifləndirmə işlərində iqtisadi islahatlar geniş təbliğ edilib. Müzakirələr zamanı tədbir iştirakçılarına video və audio materiallar, broşürlər təqdim edilib, həmçinin, media və sosial şəbəkələrdə yayımlanan video çarxlar nümayiş olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi haqqında

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Ən sərfəli kredit üçün müraciət et

Əlaqə:

Zənurə Talıbova- PR menecer, Telefon: (012) 521 34 96, (050) 295 86 88

Məsumə Talıbova, Media mütəxəssis ,Telefon: (012) 521 33 18, (050) 295 86 89                                                                         

Ünvan: Bakı şəh., Neftçilər Pr.24 , Dalğa Plaza BM. ( AZ1095 )

E-mail: [email protected]

 

Ən sərfəli krediti almaq üçün müraciət et