Müəllif - Aida İsaq, Banco.az
Varlılar dünya hökumətlərini vergiləri artırmağa səsləyib.
Banco.az xəbər verir ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda sənədli film prodüseri, xeyriyyəçi Abigail Disney və aktyor Mark Ruffalo da daxil olmaqla 205 milyonçu və milyarderdən ibarət qrup dünya liderlərini və biznes rəhbərlərini super zənginlərə daha çox vergi tətbiq etməyi xahiş edib. Məqsəd cəmiyyətdə yaranan bərabərsizliyin aradan qaldırılaraq böhranla mübarizə aparan milyonlarla insana dəstək olmaqdır. Onlar həmçinin ölkələrin hətta pandemiya dövründə belə sərvətlərini iki qat artıran zənginlərə qarşı hər hansısa addımların atılmadığına təəccübləndiklərini qeyd ediblər.
Qeyd edək ki, eyni mahiyyətli müraciət 2020-ci ildə də səsləndirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!