Aprelin 5-dən 7-nə qədər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nümayəndə heyəti - xanımlar Adele Atkinson və Leonore Riitsalu Bakıda səfərdə olacaqlar.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Məlumata görə, səfərin məqsədi maliyyə savadlılığı ilə bağlı bank ictimaiyyəti ilə görüşlər keçirmək, bu sahədə həyata keçirilməsi planlaşdırılan layihəyə dair müzakirələr aparmaqdır.
Nümayəndə heyətinin aprelin 5-də Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının nümayəndələri ilə görüşü də nəzərdə tutulub.
Mənbə: Report.az