İqtisadçı Mərkəzi Bankın yeni qərarını şərh edib | Banco.az

İqtisadçı Mərkəzi Bankın yeni qərarını şərh edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Plastik kartdan xarici ölkədə pul çıxaran zaman ayda 10 min dollarlıq limitin qoyulması səbəbsiz yerə belə rezonans yaradıb".

Banco.az xəbər verir ki, iqttidaçı-ekspert Eldəniz Əmirov Mərkəzi Bankın qərarını şərh edərkən deyib. 

Ekspert bildirib ki, bu qayda əslində 30 min, 40 min və ya 100 min dollar çıxarmaq istəyənlərə mane ola bilməz: "Çünki bu məbləği, 5-10 nəfər və ya 5-10 kart vasitəsilə xaricə daşımaq və pulu kartdan çıxarmaq mümkündür. Amma 10 milyon və ya 100 milyon dolları ölkədən kartla çıxarmaq üçün 10 000 nəfər adam və ya 10 000 ədəd kart tapmaq mümkün deyil. Odur ki, bu yeni qərar böyük əhali kütləsini təsirləndirməyəcək. Bu qərar ölkədən küllü miqdarda çirkli pul çıxarmağa çalışanları qayğılandıracaqdır".

Eldəniz Əmirovun sözlərinə görə, lakin digər dəyişiklik daha önəmlidir: "Belə ki, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilərək aylıq limitlə əvəzlənib: "Belə ki ayda 20 min dollaradək ödəniş həyata keçirmək mümkün olacaq. Bu isə əvvəlki məhdudiyətlərlə yaranmış problemlərin həllinə vəsilə olacaq. Çünki, insanlar müxtəlif məqsədlər üçün bir dəfəyə ödəməli və həll etməli olduğu işini edə bilmir, günlərlə əziyyət çəkirdi. Odur ki, bu dəyişikliyi daha effektiv dəyişiklik hesab etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

O ki qaldı, mənzil, maşın və digər əmlak almaq istəyənlərə, bu məsələdə problem yoxdur. Bu proseslər başqa qaydalarla tənzimlənir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram