İqtisadçı 2023-cü il üçün neftin qiymətini proqnozlaşdırıb | Banco.az

İqtisadçı 2023-cü il üçün neftin qiymətini proqnozlaşdırıb

Müəllif - Aida İsaq, Banco.az

2023-cü ildə neftin qiyməti bahalaşmağa davam edəcək. Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar çərçivəsində qlobal bazarda xammal tədarükünün kəskin azalması müşahidə olunacaq. Bu isə bir barel üçün qiymətin 100 dollar səviyyəsinə çatması deməkdir. Banco.az xəbər verir ki, bu fikirləri iqtisad elmləri doktoru Yevgeni Smirnov bildirib.

Onun sözlərinə görə, neftə qlobal tələbatın azalması qaz və kömür də daxil olmaqla, digər enerji xammalı bazarlarında qıtlığın çoxalması hesabına kompensasiya ediləcək.

"Müxtəlif növ enerji xammalı arasında əvəzetmə imkanları getdikcə daha da azalacaq. Çünki qaz və kömür bazarlarında da qıtlıq müşahidə olunur. Neftə tələbat 2023-cü ildə çoxalmağa davam edəcək" deyə Smirnov qeyd edib.

Noyabrın 14-də OPEC 2022-ci ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu sutkada 0,1 milyon barel azaldaraq 2,5 milyon barelə endirib. Eyni zamanda, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələr arasında neftə tələbat 2022-ci ildə sutkada 1,3 milyon barel artaraq 46,1 milyon barelə çatacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram