İpoteka verən Banklarımız | Banco.az

İpoteka verən Banklarımız

Hər kəsin arzusudur ki, gözəl bir evi olsun. Bəziləri bunun əlçatmaz arzu olduğunu düşünür. Amma elə deyil. Çətin üsul da olsa, ipoteka kreditlərindən faydalanmaq sizi arzunuza qovuşdura bilər. Hal-hazırda dövlət və bank daxili ipotekadan istifadə etməklə siz ev sahibi ola bilərsiniz.

Bəs bunun üçün haraya müraciət etmək lazımdır?

Azərbaycan Dövlət İpoteka Fondu İpoteka kreditlərinin verilməsi ilə məşğuldur. İpoteka kreditinin verilməsi olduqca uzun və cansıxıcı prosesdir. Sənəd toplularının yığılması, uzun davam edən gözləyiş və s, və s. Amma hər bir halda ipoteka kreditini almaq istəyən şəxs bunlara tab gətirməlidir. Dövlət İpotekası standart şərtlərə malikdir. 25 illik və 8%-lə verilən kredit, müəyyən hallarda güzəştli şərtlərlə də verilə bilər.

Dövlət İpoteka Fondu hazırda bir çox bankla birgə işləyir. Yəni dövlət ipotekasını almaq istəyən şəxslər həmin o banklara müraciət edə bilərlər. Ümumi bankların siyahısı ilə buradan tanış ola bilərsiniz.

Bir sıra banklar hazırda onlara ayrılan vəsait bitdiyi üçün, Dövlət ipoteka kreditinin verilməsini bir müddət dayandırıblar. Sizə Dövlət ipotekasının aktiv olduğu bankları təqdim edirik:

Siz bu banklara yaxınlaşaraq İpoteka Krediti üçün müraciət edə bilərsiniz.

Dövlət İpotekasının şərtləri ilə tanış ola bilərsiniz:

Şərtlər

Adi ipoteka kreditləri

Güzəştli ipoteka kreditləri

Maksimal  məbləğ

50 000 AZN

50 000 AZN

Maksimal illik faiz dərəcəsi

8%

4%

Maksimal müddət

25 il

30 il

İlkin ödəniş

20%

15%

Amma bir sıra banklar vardır ki, onlar dövlət ipotekası ilə yanaşı, bank daxili ipoteka da verirlər. Yüksək məbləğli və qısa müddətli kredit almaq istəyənlər bankdaxili ipoteka kreditlərindən istifadə edə bilərlər. Sizə bank daxili ipoteka kreditləri təklif edən bankları və bu məhsulun şərtlərini təqdim edirəm:

Bank

Faiz

İlkin ödəniş

Məbləğ

Komisyon

Müddət

AccessBank

12-24%

20%

10000-100000

1-2%

10 il

ASB Bank

14%

30%

70000

1,50%

5 il

Azər-Türk Bank

12%

20-30%

100000-200000

1%

10 il

Bank Respublika

12-15%

30%

250000

0,70%

10 il

Bank Technique

12-14%

10%

-----  

1%+11 azn

10 il

Dəmirbank

16%

25%

10000-200000

2%

10 il

Xalq Bank

10%

30%

35000-500000

0,1%-0,5%

10 il

Yapı Kredi Bank Azərbaycan

15%

30%

5000-350000

1%

10 il

Ən sərfəli kredit üçün müraciət et

Bildirmək istərdim ki, İpoteka kreditlərinin verilməsi zamanı seçdiyiniz mənzilin həyət və ya bina evi olması fərq eləmir. Sənədlərin qaydasında olması kifayətdir. 

Bank Technique isə sadəcə AFF Park və Azure yaşayış kompleksinə aid olan evlərə ipoteka krediti verir. Məbləğə isə müəyyən bir limit qoymur.

"Ev evdir" deyə düşünürük. Odur ki, isti və doğma bir evinizin olmasını diləyirik. Geniş olması vacib deyil, təki ürəklər geniş olsun :)

Günel Abduraxmanova / [email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et