İpoteka kreditləşməsini 23,5% artıb | Banco.az

İpoteka kreditləşməsini 23,5% artıb

2015-ci ilin yanvar ayında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 4,2 mln. manat təşkil edib. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.

Xəbər verildiyi kimi, 2014-cü ilin yanvar ayında AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 3,4 mln. manat təşkil edib. Beləliklə, 2015-ci ilin yanvar ayında AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 23,5% artıb.

AMB-nin məlumatına görə, yanvar ayında fond 5 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Hesabat ayında AİF-in 3 mln. manat məbləğində istiqrazı yerləşdirilib.

AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 28 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.

Ən sərfəli kredit üçün müraciət et

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.

2014-cü ildə AİF-in agent bankları 97,1 mln. manat məbləğində kredit veriblər, bu isə 2013-cü ilin göstəricisindən 14% azdır.

interfax.az