Banco.az olaraq, Azərbaycan İpoteka Fonduna istinadən ölkəmizdəki ipoteka kreditləşməsi ilə bağlı bəzi maraqlı məqamları diqqətinizə çatdırmaq istərdik. İlin əvvəlindən banklar 525 297,1 min manat kredit verib ki, onun cəmi 115 285,8 min manatı güzəştli olub.
Hamını maraqlandıran nüanslardan biri ipoteka fondu hesabına hansı bankın daha çox kredit verməsidir.
Bu sırada ilk onluq isə belə görünür.
- AG Bank ASC 1270
- Xalq Bank ASC 1222
- Bank standart QSC 1181
- Dəmirbank ASC 1048
- Zaminbank ASC 1000
- Muğanbank ASC 999
- Bank Technique 880
- Bank Respublika 816
- Unibank ASC 786
- Nikoil Bank 629
Rəsmiləşdirilmiş 15393 kreditdən, 10627-sə Bakının, 1296 Sumqayıt, 658-i Abşeron və 563-ü Gəncə Şəhərinin payına düşür. Gördüyünüz kimi, Paytaxtımız yenə İpoteka kreditlləşməsi üzrə dominantlığı qoruyur.
Statistika göstərir ki, rahat ipoteka krediti ala bilmək üçün Sizin aylıq gəlirləriniz 900 manatı üstələməldir. Əməkhaqqıları 900 və 1100 AZN-dən çox olanlar ipoteka alanlar içərisində say çoxluğuna malikdir
Borcalanların iş yerinə görə pay bölgüsü də maraq doğurur. (Mənzil arzusunda olanlar bu rəqəmlərə baxıb, gələcək iş yerlərini seçə bilərlər).
Daha bir maraqlı məqam isə ipoteka ilə alınan evlərin sahəsi üzrə göstərcilərdədir. Bu hissədə isə üstünlük sahəsi 40-60 kv.m olan evlərdədir.