Azərbaycanda dövlət xətti ilə ipoteka krediti alan hər 10 nəfərdən 8-i dövlət sektorunda, neft-qaz şirkətlərində və bank sahəsində çalışanlardır. ,Məlumata görə, bu barədə Azərbaycan İpoteka Fondundan (AİF) bildirilib. Belə ki, fondun məlumatına görə, indiyədək ipoteka krediti götürən borcalanların 38,9%-i dövlət xidmətində, 16,2%-i neft-qaz sektorunda, 22,1%-i bank sektorunda və yalnız 22,7%-i digər özəl sektorlarda çalışanlardır.
Bundan başqa, ipoteka krediti alan hər 10 nəfərdən 9-nun aylıq gəliri 500 manatdan artıqdır. Belə ki, ipoteka krediti alanların 18,8%-nin aylıq gəliri 500-700 manat, 21,7%-nin aylıq gəliri 700-900 manat, 16,6%-nin aylıq gəliri 900-1100 manat arasında, 35,9%-nin aylıq gəliri isə 1100 manatdan çoxdur. Fondun məlumatlarına görə, borcalanların cəmi 7%-i aylıq gəliri 500 manat qədər olanlardır. Dövlət xətti ilə ipoteka götüənlər arasında aylıq gəlir 300 manatdan az olanlar da var. Belələri cəmi 1%-dir.
İpoteka krediti götürənlərin ailə vəziyyətinə gəlincə, gözlənildiyi kimi, əksəriyyət evlilərdir. Fondun məlumatına görə, borcalanların 67,3%-i evlilər, 32,7%-i subaylardır. Digər tərəfdən, kredit alanların 82%-i kişilər, cəmi 18%-i qadınlardır.
Fins.az