Dövlət budcəsindən ipoteka fonduna ilin ilk 5 ayı ərzində ayrılmış vəsaitin miqdarı 10 mln AZN təşkil edib, bu haqda Banco.az portalı Mərkəzi Banka istinadən məlumat verir.
Həmin dövrdə banklar tərəfindən verilən dövlət ipoteka kreditlərinin cəmi 47 mln manat olub ki, bu da ötən ilin eyni müvafiq dövrü ilə müqayisədə 5,7 mln, yəni 10,8% daha azdır.
Azalma həmçinin Azərbaycan İpoteka Fondu (AİF) tərəfindən yenidən maliyyələşdirilən kreditlərin həcmində də özünü göstərib. Cari ilin ilk 5 ayı ərzində AİF tərəfindən müvəkkil kredit təşkilatlarına verilən məbləğ isə 29,5 mln manat təşkil edib. Bu da ötən illə müqayisədə 15,2 mln, yəni 34% daha azdır.
Ötən ilin eyni dövrü ilə müqayisədə ipoteka kreditləri üzrə orta faiz dərəcəsi də 6,83%-dən 6,74% enmişdir. Aylıq ödənişlərin miqdarı isə müqaviq olaraq ötən il 318,5 AZN, bu il isə 297,3 AZN təşkil edir.