İpoteka kreditləri hansı bankda daha sərfəlidir? | Banco.az

İpoteka kreditləri hansı bankda daha sərfəlidir?

İpoteka krediti həm bankların öz vəsaiti hesabına, həm də İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilir. Bankların öz hesabına verdiyi kreditlərdə faiz dərəcələri Fondun verdiyi kreditə nisbətdə yüksək olur. Bu növ kredit, yalnız Azərbaycan Respublikasının vətəndaşına və üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına görə verilir. Fondun vəsaiti hesabına verilən bu kredit həm adi formada, həm də güzəştli şəkildə vətəndaşlara təqdim olunur. Güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85%-dən, kreditlər üzrə ödəniləcək aylıq məbləğ isə borcalanın aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır. İpoteka krediti almaq istəyən şəxsin gecikməsi olan cari kredit öhdəlikləri olmamalıdır. Nəzərinizə çatdıraq ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır. 

Onu da qeyd etmək lazımdır ki, ipoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir. 

Fondun bu kreditlər üçün ayırdığı vəsaitlər banklar üzrə limitli olduğundan siyahıda yalnız hal-hazırda bu növ kredit müraciətlərini qəbul edən banklar yer alıb. 

Ən sərfəli kredit üçün müraciət et

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et