İpoteka krediti ilə mənzil almaq istəyənlər üçünşərtlər ildən-ilə yumşaldılır. Prezidentin yeni fərmanıyla, prossedur qaydaları bir qədər də asanlaşdırılıb, ilkin ödəniş, aylıq məbləğ, eləcə də kredit müqaviləsinin dəyişdirilməsi qaydaları müəyyən edilib.
İpoteka ilə mənzil almaq istəyənlərə şad xəbər var. Şərtlər bir qədər yüngülləşib.
Əsas yeniliklərdən biri ilkin ödəniş və aylıq məbləğlə bağlıdır. Belə ki əvvəlki qaydalara görə aylıq ödənişlər əmək haqqının 70 faizindən çox olmamalı idi. Yeni qaydalara görə isə ilkin ödəniş mənzilin dəyəridən 40 faiz çox olarsa, bu tələb aradan qalxır. yəni ödəniş qrafikinin müddətini vətəndaş azaltmaq imkanı əldə edir. dolayısı ilə ümumi faizlərin də miqdarı azalır.Amma burada götürülən kreditin həcmi də önəmlidir.
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyir ki, güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələrinin yuxari həddi Fondun Himayəçilik Şurası tərəfindən müəyyən olunacaq.
Digər dəyişikliyə əsasən,ipoteka kreditinin ödənilməsi şərtlərinin hansı hallarda dəyişdiriləcəyi də müəyyən edilib.Belə ki, əgər vətəndaş krediti qaytarmaqda çətinlik çəkərsə o zaman müqaviləsinin şərtlərinin dəyisdirilməsi üçün müvəkkil banka elektron sistem vasitəsilə müraciət edə bilər.Bank da 3 iş günü müddətində təqdim edilən sənədləri yoxlayir .
Kreditin şərtlərinin yüngülləşdirilməsi bir sıra formalarda həyata keçirilə bilər.Bura Kreditin müddətinin uzadilması, bankin razılığı ilə kredit üzrə faiz dərəcəsinin bankın xidmət haqqısı hesabina azaldılması,ipoteka krediti üzrə ödənişlərə 1 ildən çox olmayan müddətə fasilə verilməsi kimi məsələlər daxildir.
Fed.az