İndiyə kimi ipoteka kağızlarının yerləşdirilməsi İpoteka və Kredit Zəmanət Fondu tərəfindən Milli Bankla birgə həyata keçirilirdi. İndi isə İqtisadiyyat Nazirliyi ilə birgə razılaşdırılması barədə müvafiq göstəriş verilib.
Bu sözləri "Unipirice" Ekspertiza və Qiymətləndirmə Mərkəzinin direktoru Ramil Qasımzadə "Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası” haqqında qərarın qəbulunu şərh edərkən deyib.
Ramil Qasımzadə bildirdi ki, qiymətlərdə hər hansı dəyişikliyə gətirib çıxaracağını demək düzgün deyil: "Sadəcə bu prosedur qaydalardır ki, onlarla birgə gələcəkdə də ipotekaların verilməsi zamanı balanslı bir siyasətin həyata keçirilməsi məqsədi daşıyır. Yəni ipoteka verən zaman müvafiq məsləhətlərin, razılaşdırılmanın alınması, fikirlərin planlaşdırılması təmin edilsin".
Elektron qaydada həyata keçirilməsinə gəlincə, bildiyimiz kimi çıxarışlar da elektron qaydada əvəzləndi: "Hal-hazırda ipoteka kağızlarının tədavülü İpoteka Kredit Zəmanət Fondu tərəfindən həyata keçirilir. Bu zaman artıq İqtisadiyyat Nazirliyi ilə birgə də Əmlak Məsələri Dövlət Xidməti də bu işdə rol oynayacaq. Onlarla birgə həyata keçirilməsi nəzərdə tutulur".
Mərkəzin direktoru vurğuladı ki, bu qərar ipoteka qiymətləri ilə bağlı hər hansısa dəyişikliyə təsir göstərməsə də ictimaiyyət üçün əlçatanlıq daha da təmin olunacaq. Çünki elektronlaşdırma zamanı ictimai nəzarət funksiyası da rol oynayacaq ki, elektron qaydada yerləşdirmə zamanı ictimaiyyət üçün açıq olacaq.
Ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!