Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 03 sentyabr 2018-ci il tarixində AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 03 sentyabr 2018-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 917.58 AZN təşkil edir.
Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 917.58 AZN məbləği əsasında hesablanacaq.
Bakı Fond Birjasında AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 917.58 AZN olması nəzərə alınmalıdır.