İpoteka Fondu satınalma elan edir | Banco.az

İpoteka Fondu satınalma elan edir

İyulun 28-də “Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilən istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək və hərraca 5 milyon AZN həcmində istiqrazlar çıxarılacaq.

Banco.az AİF-ə istinadən xəbər verir ki, istiqrazları əldə etmək istəyənlər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik təşkilatlara müraciət edə bilərlər. İstiqrazların ödənilmə tarixi noyabrın 21-i 2024-cü ildir. Təqdim edilən sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Respublikası Mərkəzi Bankıdır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti ötən il dekabrın 30-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 milyon AZN təşkil edir və bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi isə 3 faiz təşkil edir. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.