"iPhone"lar üçün "Twitter"in mavi abunə qiyməti bahalaşıb | Banco.az

"iPhone"lar üçün "Twitter"in mavi abunə qiyməti bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Twitter” platforması “iPhone” smartfonları üçün aylıq abunə haqqını qaldırmağa hazırlaşır.

Banco.az xəbər verir ki, “Twitter” platforması “mavi işarə”nin də daxil olduğu “Blue” (Mavi) adlanan aylıq abunə paketinin qiymətini “iPhone” smartfonları üçün 8 dollardan 11 dollara qaldırmağı, ödənişi platformanın rəsmi internet saytı vasitəsilə həyata keçirən istifadəçilər üçün isə 7 dollara endirməyi planlaşdırır.

Bu addımın “Apple” firmasının tətbiqdaxili satınalmalara görə “Twitter”dan 30 faiz komissiya tələb etməsi səbəbindən atıldığı düşünülür.

Saytdakı qiymət endiriminin səbəbi kimi istifadəçiləri “iPhone” vasitəsilə ödəniş etmək əvəzinə, internet saytından ödəniş etməyə yönləndirməkdir. 

Ən sərfəli kredit üçün müraciət et

“Android” əməliyyat sistemi ilə təchiz olunmuş cihazlar üçün isə heç bir informasiya verilməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et