iPhone üçün Google Analytics hazırlanıb | Banco.az

iPhone üçün Google Analytics hazırlanıb

Saytlara daxilolmalar üzrə statistik hesabatlara baxmaq üçün nəzərdə tutulmuş Google Analytics rəsmi əlavəsi Android üçün buraxılıb və artıq AppStore-da pulsuz yükləmə üçün təqdim edilib.

Verilən məlumatda qeyd olunur ki, iPhone üçün Google Analytics real vaxt rejimində istifadəçilərin sayı ilə bağlı sürətli hesabatlara baxmaq imkanı ilə yanaşı, istifadəçilərin davranışları və s. haqqında genişləndirilmiş məlumatlarla tanış olmağa kömək edir.

Əlavə iOS üçün ənənəvi Google interfeysində düzəldilib. Autentifikasiya və akkaunta giriş şirkətin Gmail, Google+ kimi digər mobil əlavələrində olduğu kimi həyata keçirilir. iOS üçün Analyticsin cari mobil versiyası iPad planşetlərinin ölçülərinə uyğun optimallaşdırılmayıb, lakin bu, təbii ki, vaxt ilə həll olunacaq. Google Analytics for iPhone əlavəsini https://itunes.apple.com/gb/app/id881599038?mt=8 ünvanından yükləmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: milli.az

Ən sərfəli krediti almaq üçün müraciət et