“iPhone” kənar istehsalçıların cihazlarını izləməyə kömək edəcək | Banco.az

“iPhone” kənar istehsalçıların cihazlarını izləməyə kömək edəcək

"Apple" şirkətinin qurğuların axtarışı üçün nəzərdə tutulmuş "Find My" proqramının köməyi ilə indi digər brendlərin qurğularını izləmək olar. Şirkət kənar istehsalçılara öz məhsullarını izləmək üçün onun ekosistemindən istifadəyə icazə verib.

Cihazlar "Made for iPhone" (MFi) proqramı vasitəsilə sertifikasiyadan keçirildikdən sonra belə məhsullar "Apple Find My ilə işləyir" kimi nişanlanır.

"Find My" proqramının köməyi ilə izlənilməsi mümkün olan ilk məhsullar "VanMoof S3" və "X3" elektrik velosipedləri, "Belkin SoundForm Freedom True" simsiz qulaqlıqları olub. Gələcəkdə digər brendlər də öz qurğularını "Apple"ın ekosisteminə inteqrasiya edə biləcək.

Azərtac

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et