“iPhone-nun ABŞ-da istehsal olunmamasını düşünmək düzgün deyil” – deyə Tim Cook MSNBC ilə müsahibəsində qeyd edib. Müsahibə çərçivəsində şirkətin hal-hazırki direktoru Apple-ın Çin və digər ölkələrlə əməkdaşlığına olan təndiqlərə cavab verib. “Şirkət iPhone-nun hissələrini ABŞ-da istehsal edir. İnsanlar isə yekun məhsulun üzərində qeyd olunmuş ölkəyə fikir verməyə öyrəşiblər” – deyə Cook əlavə edib. Onun fikrincə yüksək texnoloji cihazların yığılması müxtəlif ölkələrdə reallaşdırılmalıdır.
iPhone cihazlarının ən əsas komponentləri ABŞ-da istehsal olunur. iPhone və iPad üçün olan şüşələr ABŞ-ın Corning şirkəti tərəfindən Kentukki-də, iPhone X üçün olan Face IDmodulu isə Texasda istehsal olunur. Cook-un sözlərinə görə Apple şirkətinin bəzi cihazlarında olan mikrosxemlər və iPhone istehsalı üçün nəzərdə tutulmuş təchizatlar da ABŞ-da istehsal olunur. Daha sonra ABŞ-da istehsal olunmuş bu komponentlər xarici ölkələrə göndərilir və Çində olan Foxconn və Pegatron kimi zavodlarda yekun məhsul daxilinə yığılırlar.
technote.az