Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın “Apple” şirkəti dörd smartfon təqdim edəcək.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin müşahidəçisi Mark Qurmanın sözlərinə görə, İT nəhəngi 4 smartfon buraxmaq niyyətindədir - “iPhone 16”, “16 Plus”, “16 Pro” və “16 Pro Max”.
Bununla belə, bəzi cihazların ölçüləri dəyişəcək: adi “Pro” modelinin ekranı 6,1-dən 6,3 düym, “Pro Max” - 6,7-dən 6,9 düymədək artacaq. Əsas flaqman qurğular yeni “çəhrayı qızıl” rəngdə buraxılacaq.
Qurman hesab edir ki, yeni seriyanın bütün smartfonları güclü A18 prosessoru və 8 giqabayt operativ yaddaş alacaq. Bu, cihazların süni intellekt (AI) xidməti “Apple Intelligence” ilə işləyə bilməsi üçün lazımdır. “Apple” cihazın texniki xüsusiyyətlərinə çox tələbkardır: brendin hazırkı smartfonlarından yalnız 8 giqabayt operativ yaddaşa malik “iPhone 15 Pro” və “15 Pro Max” onunla işləyə bilir.
Bundan əlavə, bütün dörd model 2023-cü ildə flaqman cihazlara əlavə edilmiş “Action Button” alacaq. “iPhone 16 Pro” və “16 Pro Max” cihazlarında qabaqcıl kamera nəzarəti üçün əlavə düymə olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!