“iPhone 15”lə bağlı daha bir şikayət | Banco.az

“iPhone 15”lə bağlı daha bir şikayət

Çıxdığı ilk gündən haqqında söz-söhbətlər səngimək bilməyən "Apple"ın yeni modeli  haqda şikayətlər gəlməkdə davam edir.

Banco.az  The Wall Street Journal -a istinadən xəbər verir ki,  Apple-ın bu yaxınlarda təqdim etdiyi "iPhone 15" Pro alan şəxslər onun güclü qızmasından şikayətlənirlər.

Xüsusilə, cihazın Çin, ABŞ və Kanadada alıcıları smartfonun güclü qızmasından şikayətləniblər. Həddindən artıq qızma əsasən cihaz doldurularkən və ya enerji sərf edən oyunlar kimi müəyyən proqramlardan istifadə edərkən baş verir. 

Müştəri rəylərinə görə, onlar iPhone 15 Pro Max-ın şarj zamanı 41 dərəcəyə qədər qızmasını qeyd ediblər. Cihaz şarj prosesi ilə eyni vaxtda oynanılan zaman 44 dərəcəyə qədər qızıb. 5G şəbəkəsi üzərindən Genshin Impact mobil oyununu yükləyərkən və ya onu oynayarkən cihazın temperaturu hətta 50 dərəcəyə çatıb. 

Mütəxəssislərin fikrincə, "iPhone 15" Pro-nun həddən artıq qızması bu modelin yüngül və yığcam olması, korpusunun əvvəlki modellərdə olduğu kimi istilik yayılmasının öhdəsindən gəlməməsi ilə bağlı ola bilər. 

Ən sərfəli kredit üçün müraciət et

TF International Securities-dən Apple məhsul mütəxəssisi Ming Chi Koya görə, "iPhone 15" Pro Max modellərində titandan istifadə onun daha da qızmasına səbəb ola bilər.

 Titan zəif istilik keçiricisidir, bu da istiliyin cihazdan çıxmasını çətinləşdirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et