Müəllif - Aida İsaq, Banco.az
Gələn il satışa çıxarılacaq "iPhone 15" modelləri ilə bağlı artıq məlumatlar yayılmağa başlayıb.
Banco.az xəbər verir ki, Tayvanın “TrendForce” tədqiqat şirkəti “iPhone 15 Pro” haqqında məlumatı özündə əks etdirən hesabat dərc edib.
Hesabatda "iPhone 15" seriyasının yalnız pro versiyalarında "A17 Bionic" prosessorundan istifadə ediləcəyi bildirilir. Digər modellərdə isə "iPhone 14" seriyasına məxsus "A16" prosessorunun bir qədər təkmil versiyası tətbiq olunacaq.
"TrendForce"nin məlumatına görə, "iPhone 15 Pro" modellərinin 8 GB RAM, digər modellərin isə 6 GB RAM ilə təqdim olunacağı gözlənilir.
"Apple" "iPhone 15" modellərində Avropa Birliyinin vahid şarj portu qanununa əməl edəcək. Belə ki, "Lightning" portu əvəzinə USB-C-nin istifadə olunacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!