“iPhone 14”ə baharın gəlişinə uyğun yeni rəng əlavə olunub | Banco.az

“iPhone 14”ə baharın gəlişinə uyğun yeni rəng əlavə olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple” şirkəti baharın gəlişi münasibətilə yeni “iPhone 14” rəngini təqdim edib.

Banco.az xəbər verir ki, “Apple” “iPhone” smartfonunun yeni rəngi ilə yazın gəlişini müjdələyir. 

Yeni modelində günəşin parlaq sarı tonundan istifadə edən “Apple” daha əvvəl “iPhone 5C” üçün bu rəngin oxşar tonundan istifadə edib.

Yeni rəngli “iPhone 14” və “iPhone 14 Plus” müvafiq olaraq 799 və 899 dollara təqdim ediləcək, ancaq sözügedən rəng smartfonun Pro modellərində olmayacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yeni versiya üçün əvvəlcədən sifariş martın 10-da başlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et