İpək Yolu Sığorta ilin I yarısını mənfəətlə başa vurub | Banco.az

İpək Yolu Sığorta ilin I yarısını mənfəətlə başa vurub

“İpək Yolu Sığorta” ASC bu ilin I yarısını 1 milyon 143 min manat mənfəətlə başa vurub.

Şirkətin maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,45% azdır.

6 ay ərzində “İpək Yolu Sığorta”nın gəlirləri 14 milyon 535 min manat, xərcləri isə 13 milyon 392 min manat təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Ən sərfəli kredit üçün müraciət et

Bu il iyulun 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 39 milyon 2 min manat olub ki, bu da illik müqayisədə 24,5% çoxdur. Son 1 ildə şirkətin öhdəlikləri 64,5% artaraq 15 milyon 615 min manata, balans kapitalı isə 7,1% artaraq 23 milyon 387 min manata çatıb.

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et