IOS (Internet of sevices) mövcud miqyaslaşdırma, aşağı əməliyyat sürəti və yüksək əməliyyat xərci problemini həll etmək məqsədilə hazırlanan Blockchain layihəsidir.
IOS komandası iki yenilikçi konsepsiya ilə Blockchain-in problemlərinə çarə qılacağına inanır. “Proof of Believability” (PoB) və “Efficient Disturbution Sharding” (EDS). IOS Blockchain-ini xüsusiləşdirən bu iki məqama nəzər salaq.
EDS xüsusiyyəti ilə IOS şəbəkəsi dinamik və böyük parçalara (shard) bölünə bilir. Bununla da şəbəkədəki əməliyyatlar qərəzsiz şəkildə paylanılır. Enerji istehlakı yüksək olan PoW protokolu əvəzinə PoB protokolu istifadə edilir. Hər istifadəçinin əvvəlki əməliyyatlara görə inanılma (blievabiility) dəyərləri olur. Bu dəyərlərə görə PoB minlərlə əməliyyatı bir-birindən ayırır. İstifadəçi sistemdən istifadə etdikcə, sistem onun üçün daha sürətli hala gəlir.
IOS-un “Atomix” adlı xüsusiyyəti “shard”-lar arasında uyğunluğu çətin hala gətirir. IOS Blockchain-i mikro şəbəkə blokları ilə hər node-u öz şəbəkəsində bölüşdürür. Yalnız əvvəlki bloklar saxlanılır və məlumatlar birdən artıq “shard”-a bölünür.
IOST, IOS Blokchain-i içində istifadə edilən tokenin adıdır. Ən əhəmiyyətli funksiyası istifadəçilərin etibarlılığını qiymətləndirməkdə istifadə edilməsidir. Məsələn, göndərmə edən hesabın çoxlu miqdarda IOST-u varsa, təsdiqlənmə daha sürətli olur. Həmçinin, IOS-lar IOS ekosistemində hər cür ödənişdə istifadə oluna biləcək. Bununla yanaşı, ağıllı müqavilə əməliyyat komissiyaları IOST vasitəsilə alınacaq.
Haradan almaq olar?
IOST layihəsi ilk dəfə bazara çıxarıldıqda böyük maraq gördü, lakin sonradan ciddi enişə məruz qaldı. IOST “Binance” və “KuCoin” birjalarında əməliyyat görür. Yəni, bu birjalardan almaq olar.
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.