İnvestorların qızıla marağı artır - 1550 DOLLARI AŞA BİLƏR | Banco.az

İnvestorların qızıla marağı artır - 1550 DOLLARI AŞA BİLƏR

Dünya birjalarında siyasi və iqtisadi risklərin artmasına dair xəbərlər investorların qızıla olan marağını artırır.

 

Avropa mərkəzi bankının qərarı öncəsi avroda korreksiya

Beynəlxalq maliyyə bazarlarında Avropa mərkəzi bankının faiz qərarında günlər qalmış, avronun qiyməti cari həftənin maksimum və minimum səviyyələri aralığında ticarət edilməkdədir. Beləliklə, korreksiyanın 1.1137$-a kimi dərinləşə biləcəyi proqnozlaşdırılır. 

 

Qlobal risklərin artması və qızılın 1551$-a kimi bahalaşması

Dünyada siyasi və iqtisadi risklərin artması isə əlvan metallar bazarlarında qızıla olan tələbin də artmasına səbəb olur. Venesuelada, Hindistan və Pakistan, Şimali Koreya ilə Cənubi Koreya arasında və Avropada siyasi risklərin tez-tez gündəmə gəlməsi, qızılın bir unsiya üzrə qiymətinin 1551$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırmağa əsas verir. 

Ən sərfəli kredit üçün müraciət et

 

Lirədə bahalaşma 5.38 səviyyəsinə kimi davam edə bilər

Türk lirəsi də bahalaşmaqda davam edir. Türkiyə mərkəzi bankının stimullaşdırıcı tədbirləri, həm də Amerika ilə türk hökümətinin Suriyada hərbi əməliyyatlar mövzusunda razılaşmaları lirəyə olan etimadı artıra bilər. Beləliklə, USD/TRY məzənnəsi 5.38TL-yə kimi ucuzlaşa bilər.

İnvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et