İnvestor bəzi kriptovalyutaların dəyərdən düşəcəyini açıqlayıb | Banco.az

İnvestor bəzi kriptovalyutaların dəyərdən düşəcəyini açıqlayıb

Müəllif - Aida İsaq, Banco.az

Amerikalı məşhur investor Cim Rocers kriptovalyutaların əksəriyyətinin sıradan çıxacağını və dəyərdən düşəcəyini bildirib.

Banco.az xəbər verir ki, onun sözlərinə görə, dövlətlər tərəfindən buraxılan rəqəmsal valyutalar daha etibarlı olacaq. Eyni zamanda, o, ticarət alətləri kimi istifadə olunan kriptovalyutaların dövriyyəsinə nəzarətin getdikcə güclənəcəyini qeyd edib.

Qeyd edək ki, daha öncə “Microsoft” şirkətinin yaradıcılarından olan Bill Geyts kriptovalyutaların və NFT-lərin (ticarət olunmayan tokenlərin) mahiyyətinin sadəcə olaraq həddən artıq şişirdilmiş aktivlərin alınaraq yenidən satılmasından ibarət olduğunu bildirmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et