İnvestisiyaların 85 faizi neft-qaz sektoruna ayrılıb | Banco.az

İnvestisiyaların 85 faizi neft-qaz sektoruna ayrılıb

2013-cü ilin I yarısında Azərbaycan iqtisadiyyatına cəlb edilmiş xarici kapitalın ümumi həcmi 3,9 milyard dollar təşkil edib ki, burada neft-qaz sektorunun xüsusi çəkisi 85,3 faiz səviyyəsində olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında dərc edilən tədiyyə balansında deyilir. 

Bu investisiyalar Azərbaycan ərazisində əsasən "BP Exploration Ltd" ("Şahdəniz") və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında aparılan neft-qaz layihələri çərçivəsində işlərin maliyyələşdirilməsi məqsədilə istifadə edilib.

Ən sərfəli kredit üçün müraciət et

AMB-nin hesablamalarına əsasən, qeyri-neft sektoruna cəlb edilmiş birbaşa investisiyaların həcmi 569 milyard dollar olub ki, bu da ölkəyə cəlb edilmiş birbaşa investisiyaların ümumi həcminin 14,7 faizini təşkil edib.

Qafqazinfo