İnvestisiya üçün hansı kriptovalyutanı almaq lazımdır? | Banco.az

İnvestisiya üçün hansı kriptovalyutanı almaq lazımdır?

Rəqəmsal texnologiyaların inkişafı, həmçinin kriptovalyuta bazarında rəqəmsal aktivlərin qiymətlərinin artım prespektivləri iri korporativ investorların və sıravi vətəndaşların kriptovalyutalara diqqətini cəlb etməyi bacarıb. Faktiki olaraq kriptovalyutalar yüksək riskli maliyyə aktivi olmasına baxmayaraq son 5 ildə ən gəlirli investisiya alətlərindən birinə çevrilib. Bu sektor üzrə vahid  beynəlxalq tənzimləyici qaydalar olmasa da yeni nəsil investisiya aləti olan kriptovalyutalara maraq getdikcə artmaqdadır.

CoinMarketCap.com-a əsasən kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin sayı 14.600-dən çoxdur və ümumi bazar kapitalizasiyası isə 2.6 trilyon dollardır. Bitcoin və bəzi kriptovalyutalar son 1.5 il ərzində pandemiya və iqtisadi qeyri-müəyyənlik dövründə “qoruyucu maliyyə aləti” kimi özünü doğrultmağı bacardı. Təcrübə göstərdi ki, 2020-ci ilin 2-ci rübündən başlayaraq rəqəmsal aktivlərə edilən investisiyalar öz sahiblərinə kifayət qədər gəlir qazandırıb. Kriptovalyutalar arasında bitcoin və ethereum investorların əsas investisiya aktivi olsa da digər rəqəmsal aktivlər (altcoinlər) də 2021-ci ildə yüksək marja ilə seçilməyi bacarıb.

Bir çox investorlar üçün bitcoin və ethereum artıq kifayət qədər bahalı investisiya aktivinə çevrilib. Odur ki, hazırda investisiya etmək üçün qiyməti daha ucuz və prespektiv imkanları daha yüksək olan kriptovalyutalara tələb olduqca yüksəkdir. Bu zaman sual yaranır ki, investisiya üçün hansı kriptovalyutaları seçmək və hansı faktorlara daha çox diqqət etmək lazımdır?

İnvestisiya məqsədi ilə rəqəmsal aktiv seçərkən ilkin mərhələdə 3 önəmli faktora diqqət etmək lazımdır.

  1. Kriptovalyutanın bazar kapitalizasiyası – bazar kapitalizasiyası nə qədər çox olarsa həmin kriptovalyutaya spekulyativ təsiri də bir o qədər aşağı olur. Adətən bazar kapitalizasiyası 500 milyon dollardan aşağı olan rəqəmsal aktivlər nisbətən daha riskli hesab edilir.
  2. Kriptovalyutanın sayı – say nə qədər az olarsa kriptovalyutanın qiymətinin yüksək olmasını təmin edir.
  3. Kriptovalyutanın misiyası – hər bir kriptovalyuta yaradılarkən bəlli bir missiyası və təyinatı olmalıdır. Layihənin arxasında professional komandası olmalı və hər hansı bir sosial, texiniki, iqtisadi əhəmiyyəti ilə seçilməlidir.

İlkin analizdən sonra kriptovayutanı seçərkən müəyyən etməlisiniz ki, siz investisiyanı hansı məbləğdə və hansı müddət üçün edəcəksiniz. Risklərin idarəedilməsi baxımından bu çox önəmli faktordur. Qısamüddətli investisiyadırsa, çalışın borc kapital ilə bu sektorda investisiya etməyin. Ciddi araşdırma üçün müyyən texniki analiz biliklərinin olması da vacib amildir. Texniki analiz bilikləri olmadan kriptovalyuta seçən investorlar ən azından uzunmüddətli mövqedə investisiya etmələri tövsiyyə olunur. Ən vacib maqam isə investisiya portfelinin bir deyil, müxtəlif rəqəmsal aktivlər ilə diversifikasiya edilməsidir. Hesab edirəm ki, investisiya portfelini 2 hissəyə -uzunmuddətli və qısamüddətli (trade üçün) aktivlərə bölünməsi daha effektli olacaq.

Tez-tez soruşulan suallardan biri -  “qiyməti ucuz hansı kriptovalyutaları alaq?”

Kriptovalyuta bazarı çox risklidir və real proqnoz vermək əslində çox çətindir. Rəqəmsal aktivin seçilməsi sizin kriptovalyuta bazarına daxil oldugunuz “zaman”-dan daha çox aslıdır. Çünki, kriptovalyuta bazarda hər zaman kəsiyinin öz “ulduz kriptovalyutaları” olur. Təcrübəmə əsasən, hazırda dəyəri 1 dollardan ucuz və qiymət artımı prespektivi yüksək hesab etdiyim rəqəmsal aktivlərin bəziləri ilə bölüşmək istərdim. Bunun üçün 21.11.2020 – 21.11.2021 dövrü ərzində (1 il) bu aktivlərin qiymət dəyişməsini aşağıdakı cədvəl üzrə nəzərdən keçirək:

Ən sərfəli kredit üçün müraciət et

Əgər siz 21.11.2020 tarixində cədvəldə göstərilən kriptovalyutalardan hər hansı birinə 1000 dollar investisiya etsəydiniz 1 il sonra qazancınız aşağıdakı kimi olacaqdı:

Etiraf etmək lazımdır ki, kriptovalyutaların böyük əksəriyyətinin yaradılmasının əsas məqsədi spekulyativ üsullarla gəlirli maliyyə aktivinə çevrilməkdir. Yəni, kriptovalyutanın ucuz olması və qısa zamanda qiymətinin dəfələrlə artması hələ bu rəqəmsal aktivi almaq üçün səbəb və ya bəhanə olmamalıdır. Kriptovalyutanın ticarət dövriyyəsi, ticarət olunduğu birjaların sayı və texniki analiz göstəricilərinə də diqqət yetirmək lazımdır.

Kritpovalyutanı aldıqdan sonra qiyməti düşərsə nə etmək lazımdır?

Bəzi investorlar kriptovalyutalara qiymətlərin ən “pik” vaxtında investisiya ediblər və kriptovalyuta bazarında qiymətlərin enməsi zamanı özlərini ziyanda hesab edirlər. Bu fakt onu göstərir ki, rəqəmsal aktivlərə qisamüddətli mövqədə investisiya etmək çox risklidir. Lakin unutmaq olmaz ki, kriptovalyutanı baha alsanız belə onu satılmadığınız halda faktiki olaraq ziyanda olmuş sayılmırsız. Misal üçün, əgər siz bitcoin-i 63.000 dollar olanda almısınızsa və hazırda qiymət 57.000-ə düşübsə bu hələ son deyil. Faktiki olaraq qiymət düşüb lakin 1 bitcoin elə 1 bitcoin olaraq qalır. Nəzərə almaq lazımdır ki, qiymətlərin tez-tez qalxıb enməsi kriptovalyuta bazarına xas olan xüsusiyyətdir və yaxın gələcəkdə qiymətlərin yenidən qalxma ehtimalı olduqca yüksəkdir. Odur ki, pessimist olmağa dəyməz. Əgər bu sektorda investisiya edib qazanmaq istəyirsinizsə səbrli olub gözləməyi bacarmalısınız.

Son olaraq qeyd etmək olar ki, təcrübə onu göstərir ki, kriptovalyuta sektorunda uğurlu investor olmaq üçün 3 önəmli faktor olmalıdır: informasiya, risk etmə bacarığı və bir az da şans. Əgər sizin iqtisadi-texniki bilikləriniz, maliyyə bazarlarının iş prinsipi ilə bağlı məlumatlarınız kifayət qədər deyilsə o zaman çalışın kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin. Uğurlar!

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram