İnvestisiya təşviqi sənədinin ləğv edilməsi | Banco.az

İnvestisiya təşviqi sənədinin ləğv edilməsi

Müəssisə 01.02.2018-ci il tarixdə investisiya təşviqi sənədi almış, fəaliyyəti zamanı 2018-ci ilin yekunlarına görə mənfəətlə işləmiş və vergi azadolmasından yararlanmışdır. Müəssisədə aparılmış monitorinq nəticəsində investisiya təşviqi sənədi ləğv edilmişdir. Bu zaman müəssisənin vergi öhdəliyi yaranırmı?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ investisiya edilmədikdə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada nəzərdə tutulan hallarda investisiya təşviqi sənədi ləğv edildikdə, vergilər üzrə faizlərin ödənilməsi istisna olmaqla, investisiya layihəsinin icrasına başlandığı tarixdən etibarən bu Məcəllə ilə müəyyən edilmiş vergi azadolmaları tətbiq olunan gəlirlər və əməliyyatlar üzrə vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi investisiya təşviqi sənədi almış şəxslər tərəfindən yerinə yetirilir. Yenidən hesablanmalı vergilərin məbləği investisiya təşviqi sənədinin ləğv edildiyi hesabat dövründə və ya vergi nəzarəti tədbiri zamanı qeyd olunan hal aşkar edildiyi halda yoxlama ilə əhatə edilən sonuncu hesabat dövründə həyata keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

Əsas: Vergi Məcəlləsi, 67-2.4-cü maddə

Ən sərfəli krediti almaq üçün müraciət et