InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Dünya valyuta birjalarında EUR/USD məzənnəsi keçən həftə ərzində 1.0774$-a kimi bahalaşsa da, həftənin 2-ci yarısında yenidən ucuzlaşmağa başlayıb. Artıq 1.0657$-a kimi ucuzlaşan məzənnə eniş dalğasını bu həftə dərc ediləcək önəmli iqtisadi-statistik məlumatlar fonunda 1.0576$-a kimi də sürətləndirə bilər.
Ümumiyyətlə, cari həftə ərzində maliyyə bazarlarında güclü aktivlik gözlənilir. Avrozonanın iqtisadi inkişaf, inflyasiya səviyyələri və FED-in faiz qərarı ilə Amerikanın əmək bazarı ilə bağlı önəmli statistik göstəricilər investorların diqqət mərkəzindədir.
GBP
Funt/Dollar cütlüyünün qiyməti 1.2672$-a kimi sürətli bahalaşmasından sonra ucuzlaşmağa başlayıb. İnvestAZ analitiklərinin təhlillərinə əsasən, qiymət 1.2330$ və 1.2248$-a kimi ucuzlaşa bilər. Eyni zamanda, cümə axşamı Bakı vaxtı ilə saat 16:00-da Böyük Britaniya Mərkəzi Bankının inflyasiya hesabatının da valyuta cütlüyünün qiymətində güclü dalğalanmalara səbəb ola biləcəyi gözlənilir.
TRY
USD/TRY məzənnəsi ötən həftə 3.90TL-ə kimi bahalaşsa da, sözügedən səviyyənin üzərində möhkəmlənə bilməyib və cümə günü 3.84TL-ə kimi ucuzlaşıb. Beləliklə, qiymət 3.90TL-nin altında qaldıqca, yenidən 3.77TL və 3.69TL-ə kimi ucuzlaşa bilər.
OIL
Enerji bazarlarında da Avropanın Brent markalı neftinin bir barel qiyməti proqnozlaşdırılıdığı kimi 56$-a kimi dəyər qazandıqdan sonra dolların qismən bahalaşmağa başlaması, neft qiymətlərinin ucuzlaşmasına təsir edib. Lakin qiymət 55$-ın üzərində möhkəmləndikcə, yenidən 58$-a kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır.
GOLD
Əlvan metallar bazarında isə qızılın bir unsiya üzrə qiyməti ucuzlaşaraq 1181$-a (37.9 $/qram) kimi dəyər itirib və 1160$ (37.2 $/qram), 1156$-a (37.1 $/qram) kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Mənbə: Apa.az