İnternetdə TƏHLÜKƏSİZLİK : Xakerlərin asan qurbanı olmamaq üçün nə etməli? | Banco.az

İnternetdə TƏHLÜKƏSİZLİK : Xakerlərin asan qurbanı olmamaq üçün nə etməli?

Hətta gündəlik həyatımızda belə xakerlərin hücumuna məruz qalırıq. Hər bir internet istifadəçisi həyatında bir dəfə də olsun şəxsi məlumatlarının və ya avadanlıqlarının təhlükə altında olması vəziyyətiylə qarşılaşır.

Bəzi zamanlarda, bir və ya başqa sistemə giriş əldə etmək üçün xakerlər çətin bir texniki kod yaratmalı olurlar. Yalnız hər şeydən öncə kiber hücumlara məruz qalanların özləri günahkar olur.

Bəs onları günahkar edən səbəblər hansılardı?

1. Sadə parollardan istifadə

Əgər sizin hesabınız 123456,qwerty və 111111 parolları ilə qorunursa, hesab edinki siz artıq bütün informasiyanı göz qabağına sərmisiniz. Bu yaxınlarda ən tez qırıla bilən ən pis parolların siyahısı müəyyən olunmuşdu. Həmçinin onu da qeyd edək ki, eyni paroldan bir neçə hesabda istifadə etmək olmaz.

2. İctimai Wi-Fi –lardan istifadə

.Kafelərdə pulsuz internet – çox rahat eyni zamanda da riskli seçimdi. Bir çox ekspertlər restoran, otel və digər ictimai obyektlərdə belə halların baş verdiyi haqqda açıqlama verir.

Ən sərfəli kredit üçün müraciət et

3. Yoxlanılmamış saytlarda ödəniş rekvizitlərinin daxil olunması.

Onlayn xidmətlərin kartla ödənilməsi zamanı, hər dəfə adres sətrində HTTPS protokoluna diqqət yetirilməlidi. Beləki onlayn ödəniş  zamanı, saytın Web ünvanının başında "http" deyil, "https" olduğunu yoxlamaq lazımdı. Bundan əlavə isə bir kilid, ya da açar simvolu da ola bilər. Bu simvollarsız saytlar isə xaker hücumuna daha çox məruz qalan saytlardır.

Elektron poçtlarda təhlükəli içliklər

Naməlum  göndəricilərin məktublarını , eləcə də kontaktınızda olan yaxınlarınızdan belə gəlmiş  gözlənməyən  anlaşılmaz başlıqlı məktubları açmayın.

Belə fayllarda kompyuterə yüklənib gözlənilməz nəticələrə gətirib çıxardan viruslar olur. 

Müəllif: Fidan Maqbet qızı