İnternetdə təhlükəsiz alış-veriş qaydaları və müştəri hüquqları | Banco.az

İnternetdə təhlükəsiz alış-veriş qaydaları və müştəri hüquqları

Koronavirus pandemiyasına görə dünya ölkələrində tətbiq olunan özünü təcrid rejimi onlayn ticarətə müraciət sayını artırıb. Virtual ticarətin həcmi artdıqca, təhlükəsizlik tədbirləri, onlayn ticarət zamanı müştəri hüquqları ən aktual mövzulardan birinə çevrilir. Sahə mütəxəsisləri elektron ticarətdən istifadə edən insanlar üçün təhlükəsiz alış-veriş qaydaları haqqında mütəmadi məlumat paylaşırlar. 

Həmin məlumatlardan bir neçəsini təqdim edirik.

Onlayn məhsul sifariş edən müştəri məhsulu geri qaytara bilərmi? 

Birinci halda əgər müştəri hansısa elektron portaldan məhsul sifariş veribsə, həmin məhsulu təhvil almadan sifarişi ləğv edə bilər. İkinci halda isə internetdən sifariş edilən məhsulu təhvil alan müştəri ondan narazı qalsa, bir həftə ərzində məhsulu geri qaytara bilər. 

İnternetdən məhsul alarkən hansı təhlükəsizlik qaydalarına riayət olunmalıdır ? 

İnternet üzərindən məhsul alarkən satıcılar məhsulun pulunu, eləcə də çatdırılma haqqını öncədən tam ödəməyi istəyə bilər. Belə bir məqam baş verdikdə, mütəxəssislər alıcıları ehtiyatlı olmağa səsləyirlər. Çünki alıcı paketin içində nə olduğunu və onu tam qane etdiyini yalnız məhsulu əlinə aldıqdan sonra görə bilər. Onlayn ticarət zamanı ən vacib amillərdən biri də, məhsul satan tərəfin leqal formada və etibarlı fəaliyyət göstərməsinə əmin olmaqdır. Onlayn ticarət zamanı daha önəmli təhlükəsizlik tədbiri vəsaiti onlayn köçürməklə bağlıdır. Mütəxəssislər ödəniş zamanı fiziki şəxslərin bank kartına pul köçürməni məhdudlaşdırmağı məsləhət görürlər.

Ən sərfəli kredit üçün müraciət et

Ted

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et