İnternet və mobil bankçılıq xidmətlərinin üstünlüyü | Banco.az

İnternet və mobil bankçılıq xidmətlərinin üstünlüyü

İnternet və mobil bankçılıq xidmətlərinin üstünlüyü nədir?

  • vaxta qənaət etməklə ümumi xərclərin azaldılması;
  • ölkədə və ölkədənkənar istənilən yerdə internetə daxil olaraq sistemlə sərbəst interfeysin yaradılması imkanı;
  • xidmətdən istifadənin əlverişliliyi;
  • bu xidmətlərdən yararlanaraq fiziki olaraq banka getmək stresindən, növbələr gözləmək və bürokratik əngəllərdən uzaqlaşmaq imkanı;

İnternet mağazasında ödəniş apararkən nəyə diqqət etmək lazımdır?

  • məhsul və xidmətlərini əldə edəcəyiniz internet mağazası etibarlı reputasiyaya malik olmalıdır;
  • internet mağazası real ünvana və telefon nömrəsinə malik olmalıdır;
  • internet-mağazasının məhsulun çatdırılması şərtləri, zəmanət müddəti, malın geri qaytarılması imkanı, əlavə xərclər və s. haqqında təklif və məlumatlarının tam və həqiqiliyinə əmin olunmalıdır;
  • internet mağazasının veb səhifəsində müştərilər haqqında məlumatların ötürülməsi və bu məlumatların necə qorunması üzrə təhlükəsizlik məlumatları öz əksini tapmalıdır;
  • xidmətlərindən istifadə edilən internet mağazasının məlumat təhlükəsizliyi sistemindən istifadə etməsindən əmin olunmalıdır. Belə ki, ekranda göndərilən məlumatların göndərilmə zamanı qorunacağını görmək olar (məsələn, aşağıda açar simvolu görə bilərsiniz). Həmçinin səhifənin elektron ünvanı http://-lə deyil, məhz “https://” ilə başlamalıdır. Əgər bu qoruyucu işarələrdən heç biri mövcud deyilsə, kart barəsində məlumat daxil edilməməlidir.

İnternet bankçılıq vasitəsi ilə hansı əməliyyatlar həyata keçirilə bilər?

  • hesab üzrə balansın yoxlanılması;
  • digər kart hesabına pul vəsaitinin köçürülməsi;
  • kommunal xidmətlər üzrə ödənişlərin həyata keçirilməsi;
  • həyata keçirilən əməliyyatlar haqqında çıxarışın əldə edilməsi;
  • sığorta xidməti üzrə ödənişlərin aparılması;
  • mobil telefon operatorları üzrə ödənişlərin aparılması və s.

İnternet üzərindən əməliyyatlar həyata keçirilərkən hansı təhlükəsizlik tədbirləri görülməlidir?

Ən sərfəli kredit üçün müraciət et

  • şəxsi identifikasiya məlumatları, bank hesabı və ya ödəniş kartı haqqında məlumatlar məsələn, PIN-kod, ödəniş kartının istifadə müddəti, kredit limiti və s. haqqında məlumatlar açıqlanmamalıdır;
  • əməliyyatların həyata keçirilməsi zamanı ancaq bu məqsəd üçün nəzərdə tutulmuş müəyyən limitə malik olan ödəniş kartlarının (məsələn virtual kartlar) istifadə edilməsi məqsədəuyğundur;
  • təqdim etdiyi xidmətlər baxımından artıq tanınmış olan və təhlükəsiz hesab olunan təşkilatların internet səhifələrindən istifadə edilməlidir;
  • xidmətlərindən istifadə olunan internet səhifələrin həqiqiliyindən əmin olunmalıdır, çünki fırıldaqçılıq əməliyyatlarının həyata keçirilməsi üçün oxşar səhifələr yaradıla bilər;
  • ödəniş kartı və ya şəxsi identifikasiya haqqında məlumatların açıqlanmasını tələb edən e-mail və zənglərə, hətta bankdan və ya polisdən olduqlarını təkid etsələr belə, yüksək şübhə ilə yanaşılmalı, bu cür məktublarda qeyd edilmiş veb səhifələrə daxil olunmamalıdır. Çünki onlar heç bir zaman bu məlumatları bu üsulla almırlar;
  • şəxsi identifikasiya məlumatlarının, bank hesabı və ya ödəniş kartı ilə bağlı məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədilə əməliyyatlar şəxsi kompüter vasitəsilə həyata keçirilməlidir;
  • internet şəbəkəsi ilə əməliyyatlar digər kompüter vasitəsilə həyata keçirildikdə, əməliyyat başa çatdıqdan sonra şəxsi identifikasiya məlumatları, bank hesabı və ya ödəniş kartı ilə bağlı məlumatların yaddaşda saxlanılmaması təmin edilməlidir;
  • səlahiyyətsiz əməliyyatlar nəticəsində bank hesabı üzrə pul vəsaitlərinin azalmasında şübhə yarandığı zaman emitent dərhal məlumatlandırılmalıdır.

          nba.az

Ən sərfəli krediti almaq üçün müraciət et