Müəllif:Ayşən İmanova/Banco.az
Oksford Universitetinin nəzdində yaradılmış Oksford İnternet İnstitutu (OII) internetə çıxışla bağlı təəccüblü araşdırma aparıb. Bu araşdırma çərçivəsində dünyanın hər yerindən 2 milyon insanın məlumatları araşdırılıb.
Banco.az xəbər verir ki, təhlil nəticəsində məlum olub ki, internetə çıxış və xoşbəxtlik arasında sıx əlaqə var. Sorğu iştirakçılarının təxminən 85%-nin rifah səviyyəsi internetə çıxışa görə daha yüksək olub.
2006-2021-ci illər arasında Latın Amerikası, Asiya və Afrikanın 168 ölkəsindən 15-99 yaş arasında olan iki milyon respondentdən toplanmış məlumatların təhlili göstərir ki, onlayn dünyaya çıxışı olan insanlarda həyatdan məmnunluq və sosial rifah daha yüksək səviyyədir.
İnternetə çıxışı olan şəxslərin yüzdə 85%-nin daha xoşbəxt olduğu müəyyən edilsə də, yüzdə 5%-i internetə çıxışından narazıdır. Bu kateqoriyaya daxil olan şəxslərin əksəriyyətini 15-24 yaş arası gənc qadınlar təşkil edir.
Bu nəticə, bu yaş qrupunda aktiv sosial media istifadəsi ilə depressiv simptomlar arasında daha güclü əlaqə olduğunu göstərən əvvəlki sorğularla uyğundur.
Bizi sosial şəbəkələrdən izləyin!!