İnternet reklam xərcləri növbəti il 15% artacaq | Banco.az

İnternet reklam xərcləri növbəti il 15% artacaq

“Bloomberg” agentliyi yazıb ki, qlobal internet reklam xərcləri növbəti il 15% artacaq və 2019-cu ilə televiziya reklamının xərclərinə bərabər olacaq.

“reklamonstr.com” saytına istinadən bildirilir ki, analitiklərin proqnozuna görə, 2015-ci ildə internet reklamının xərcləri 163 milyard dollar təşkil edəcək. 4 il sonra internet reklamının bazar payı 38%-dək artaraq televiziya reklamının xərclərinə bərabər olacaq.
 
Birinciliyi qəzet reklamından ələ keçirmiş televiziya reklamı 1999-cu ildən reklam xidmətləri bazarında liderlik edir. Televiziya reklamı üçün xərclər orta templə artacaq: 2015-ci ildə 3 faiz, 2016-cı ildə 6 faiz.
 
Bu halda 2014-cü ildə internet reklamının ən dinamik seqmenti mobil reklamdan əldə olunan gəlir 72% arta bilər ki, bu da mobil qurğuların populyarlığından xəbər verir.

Ən sərfəli kredit üçün müraciət et

ictnews.az

Ən sərfəli krediti almaq üçün müraciət et