İnternet olmasa belə fasiləsiz əlaqə yaradan tətbiqlər hansılardır? | Banco.az

İnternet olmasa belə fasiləsiz əlaqə yaradan tətbiqlər hansılardır?

İnternet olmadan işləyən tətbiqlər kəsilən əlaqəni qurmaq baxımından həyat xilas edir.

“Şər deməsən xeyir gəlməz” ifadəsini əsas tutaraq fəlakət anında köməyinizə çatacaq həmin tətbiqləri sizə təqdim edirik.

AKUT: Təhlükəsizlikdəyəm

"Təhlükəsizlikdəyəm" tətbiqi parametrlər bölməsindən qeyd etdiyiniz 5-ə qədər telefon nömrəsinə ekranda tətbiqin işarəsini sıxan kimi telefon GPS xidməti ilə olduğunuz yeri SMS vasitəsilə həmin insanlara göndərir.

Firechat

Ən sərfəli kredit üçün müraciət et

Bluetooth və WiFi ilə quraşdırılmış telefonlar arasında əlaqə yaratmağa imkan verir.

Bridgefy

​İnternet və şəbəkə girişi olmayan yerlərdə yalnız Bluetooth vasitəsilə 100 metr məsafədəki insanlarla ünsiyyət qurmağa imkan verir.

MeshTalk

Oppo markası tərəfindən hazırlanan bu texnologiya WiFi və ya şəbəkə olmadan 3 km-lik ərazi daxilində foto, video və mətn göndərməyə imkan verir.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et