İnternet kəsintisi dünya iqtisadiyyatına 8 mlrd. dollardan çox zərər vurub | Banco.az

İnternet kəsintisi dünya iqtisadiyyatına 8 mlrd. dollardan çox zərər vurub

Ötən il müxtəlif ölkə hökumətləri tərəfindən internetin qəsdən kəsilməsi səbəbindən dünya iqtisadiyyatı 8,05 mlrd. ABŞ dolları dəyərində itki ilə üzləşib.

İl ərzində internet kəsintisi 21 ölkədə qeydə alınıb. Kəsintilərin sayı 122, ümumi müddəti isə 18 min saatdan çox təşkil edib.

2016-cı illə müqayisədə ötən il qlobal iqtisadiyyat üçün internet kəsintisi nəticəsində dəyən zərər 235% artıb ki, bu da rekord göstərici kimi qeydə alınıb.

Ölkələr arasında kəsintinin dəyərinə görə lider İraq olub. Bu ölkənin iqtisadiyyatına dəyən zərər 2,3 mlrd. dollar təşkil edib. Sudanda bu rəqəm 1,9 mlrd. dollara, Hindistanda – 1,3 mlrd. dollara, Venesuelada – 1,1 mlrd. dollara, İranda isə 0,6 mlrd. dollara bərabər olub. Əksər hallarda internetin kəsilməsi etiraz və iğtişaşlara cavab olaraq baş verib.

Ən sərfəli kredit üçün müraciət et

Dünya iqtisadiyyatına, insan haqlarına və demokratik proseslərə mənfi təsir göstərməsinə baxmayaraq, bu il ərzində də internet kəsintilərinin davam edəcəyi gözlənilir. Qlobal iqtisadiyyat üçün itkilərin də artacağı ehtimal olunur.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et