İnternet istifadəçilər Yunanıstanı xilas etmək üçün 1 milyon avro topladı | Banco.az

İnternet istifadəçilər Yunanıstanı xilas etmək üçün 1 milyon avro topladı

Cəmi iki sutka ərzində internet istifadəçiləri IndieGoGo kraudfanding saytında yunanıstan borclarını ödəmək üçün 1 milyon avrodan artıq vəsait toplayıb.

Hazırda saytda qeydiyyatdan keçmiş 76 mindən çox insan 1 309 112 avro iyanə edib.

Yunanıstana kömək üçün vəsait yığımının təşəbbüskarı Britaniyalı Tom Fini olub, o IndieGoGo saytında qeydiyyatdan keçərək müvafiq elan yerləşdirib. Kampaniya 7 iyul tarixinə qədər 1,6 milyard dollar yığmaq məqsədi ilə başladılıb.

“Bu zarafat deyil. Kraudfandinq həqiqətən kömək edə bilər, sadəcə toplaşmaq və bunu etmək lazımdır” təşəbbüsün müəllifi qeyd edir.

Ən sərfəli kredit üçün müraciət et

Pul köçürən internet istifadəçiləri, əvəzində müxtəlif kçik hədiyyələr əldə edəcək, bu Yunanıstanın baş nazirinin şəkilləri, yunan salatı və ya daha iri məbləğlərə görə bir şüşə yunan şərabı ola bilər.

 

Ən sərfəli krediti almaq üçün müraciət et