İnternet abunəçiləri zəif xidmətə görə provayderdən avtomatik kompensasiya alacaq: İngiltərədə | Banco.az

İnternet abunəçiləri zəif xidmətə görə provayderdən avtomatik kompensasiya alacaq: İngiltərədə

Böyük Britaniyanın telekommunikasiya tənzimləyici orqanı olan OFCOM  internet xidməti göstərən provayderlərə genişzolaqlı abunəçilərinə əvvəlcədən heç bir bəyannamə vermədən(xəbərdarlıq etmədən) quraşdırma işlərini ləngitdiyinə görə, təyin olunmuş yerə gəlməyə etinasız, laqeyd reaksiya verdiyi və zəif təmir ilə bağlı üzləşdikləri halda öz müştərilərinə avtomatik pul kompensasiyası təmin etməli olduqları ilə bağlı qərar vermişdir.

İngiltərənin Ofcomunun hesabladığına görə məbləğ 142 milyon funt sterlinq təşkil edir ki, bu da BT, Sky, TalkTalk, Virgin Media, Zen İnternetin hesablamalarından 9 dəfə çox təşkil edir. Bütün bunlara ramən onlar tənzimləyici orqanın tələbləri ilə razıdırlar.

Ən sərfəli kredit üçün müraciət et

BT, Sky, TalkTalk, Virgin Media, Zen İnternet birlikdə Birləşmiş Krallığın genişzolaglı müştərilərinin 90%-nə xidmət edirlər.

Kompensasiyanın ödənilməsi məsələsi britaniyalı istehlakçıların telecom operatorları ilə münasibətlərində ağrılı mövzuya çevrilmişdir.

Əgər xidmət 2 gün ərzində yerinə yetirilməzsə provayder abonentə 8 funt sterlinq, əgər görüşü nəzərdən qaçırmışlarsa 25 funt sterling kompensasiya ödəyəcəklər. Yeni servisə başlamaqla bağlı ləngimə olarsa isə günə 5 funt sterlinq provayderlər abonentə kompensasiya ödəməli olacaqlar.

Mənbə: digitalazerbaijan.az

Ən sərfəli krediti almaq üçün müraciət et