“Intel”in baş direktoru istefa verib | Banco.az

“Intel”in baş direktoru istefa verib

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın “Intel” korporasiyasının baş direktoru Pet Gelsinger istefa verib.

Banco.az xəbər verir ki, bu barədə korporasiyanın press-relizində deyilir.

“Intel”  korporasiyası bu gün elan edib ki, baş direktor Pet Qelsinqer şirkəti tərk edib və 2024-cü il dekabrın 1-dən etibarən direktorlar şurasından istefa verib”, - sənəddə qeyd edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilir ki, yeni baş direktor təyin olunana qədər şirkətə müvəqqəti olaraq vitse-prezident Devid Zinsner və “Intel Products”un rəhbəri Mişel Conston Holthaus rəhbərlik edəcək.

Qeyd edək ki, Qelsinqer “Intel”ə 1979-cu ildə qoşulub və 40 illik xidmətdən sonra - 2021-ci ildə korporasiyaya rəhbər təyin edilib. Baş direktor kimi o, qabaqcıl yarımkeçirici istehsalına sərmayə qoymaqla istehsal prosesinin işə salınmasına və canlandırılmasına kömək edib.