"Intel" firması çip istehsalı üçün yeni addım atdı | Banco.az

"Intel" firması çip istehsalı üçün yeni addım atdı

Tamara Mustafayeva, Banco.az

Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan "Intel" Kanadada fəaliyyət göstərən alternativ investisiya idarəetmə şirkəti "Brookfield Asset Management" ilə Arizonadakı çip fabriklərinə 30 milyard dollara qədər sərmayə qoymaq barədə razılığa gəlib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Intel" firması dünən etdiyi açıqlamada unikal "Yarımkeçirici Birgə İnvestisiya Proqramını (SCIP)" elan edib.

Açıqlamada bildirilib ki, sözügedən proqramla kapital tutumlu yarımkeçiricilər sənayesinə yeni bir maliyyələşdirmə modeli inteqrasiya edilib. Proqram çərçivəsində "Intel"in dünyanın ən böyük  alternativ investisiya idarəetmə şirkətlərindən biri olan "Brookfield Asset Management"in infrastruktur törəmə şirkəti ilə müqavilə imzaladığı və bunun "Intel"i istehsalı genişləndirmək üçün yeni kapital axını ilə təmin edəcəyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada həmçinin xatırladılıb ki, müqavilə fevral ayında iki şirkət arasında imzalanan anlaşma memorandumundan sonra əldə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et