"Intel" 1 trilyon parametrli süni intellekt modelini təqdim edib | Banco.az

"Intel" 1 trilyon parametrli süni intellekt modelini təqdim edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Intel” 1 trilyon parametrli kreativ yeni süni intellekt modelini təqdim edib.

Banco.az xəbər verir ki, ABŞ-ın Silikon Vadisində yerləşən texnologiya nəhəngi “Intel” “Aurora genAI” adlanan yeni kreativ süni intellekt modelini ictimaiyyətə tanıdıb.

“Aurora genAI” modeli ümumi mətn, elmi mətnlər, elmi məlumatlar və domenlə əlaqəli kodlar üzrə ixtisaslaşacaq. Bu model potensial tətbiqlərə malik tamamilə elmi əsaslı generativ süni intellekt modeli olacaq.

“Aurora genAI”nin ixtisaslaşacağı sahələrə isə molekulların və materialların dizaynından tutmuş milyonlarla mənbədən məlumatın sintezinə, sistem biologiyası, polimer kimyası və enerji materialları, iqlim elmi və kosmologiyada yeni təcrübələr təklif etməyə qədər bir çox məsələ daxil olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Intel”in yeni süni intellekt modeli üçün hədəf ölçü 1 trilyon parametr müəyyən edilib. Müqayisə üçün deyə bilərik ki, “ChatGPT”nin pulsuz və ictimai versiyaları üçün hədəf ölçü sadəcə 175 milyarddır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et