İnstaqramda şəxsi mesajların göndərilməsi ilə bağlı yenilik ediləcək. Platforma bu funksiyanı veb-interfeysə köçürmək qərarına gəlib.
Hələlik veb-versiyası üçün xüsusi mesajlar dünyanın məhdud sayda istifadəçisinə test rejimində xidmət edir. “Direct” bölməsi isə mobil tətbiqdə olduğu kimi işləyir.
Yenilikdən sonra istifadəçilər qrup söhbətlərini yarada və sevimli mesajlarını bəyənə biləcəklər. Bundan əlavə, şəkilləri kompüterdən yükləmək üçün funksiya da mövcuddur.
Əgər brauzerə icazə versəniz, bildirişlər iş masasına gələcək.
Ted.az