"Instagram"ın işində yenidən problem yarandı | Banco.az

"Instagram"ın işində yenidən problem yarandı

Dünyanın bir sıra ölkələrində "Instagram" sosial şəbəkəsinin istifadəçiləri xidmətin işində nasazlıqlardan şikayət edirlər.

Bu barədə məşhur internet-resursların fəaliyyətini izləyən “Downdetector” saytı məlumat yayıb.

Qeyd edilir ki, sosial şəbəkənin işində nasazlıq Bakı vaxtı ilə təxminən saat 23:05-də olub. Problemlər barədə əsasən ABŞ, Niderland, Almaniya, Fransa, İspaniya, Böyük Britaniya, Kanada, Rusiya və digər ölkələrdən olan istifadəçilər bildiriblər.

Məlumata görə, istifadəçilərin əksəriyyəti serverə qoşulma zamanı proqramın fəaliyyətindən, eləcə də xəbər lentinin təsvirindən və vebsaytın işindən şikayət ediblər.

Xatırladaq ki, bu, sosial şəbəkədə son günlər qeydə alınan növbəti nasazlıqdır. Oktyabrın 8-də və 9-da da "Instagram" istifadəçiləri sosial şəbəkədə yaranan nazaslıqlardan şikayət ediblər.  

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et