"Instagram"ın həmtəsisçiləri yeni tətbiq üzərində işləyirlər | Banco.az

"Instagram"ın həmtəsisçiləri yeni tətbiq üzərində işləyirlər

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Instagram”n həmtəsisçiləri Kevin Sistrom və Mayk Krieger yeni tətbiqetmə hazırlığındadırlar.

Banco.az xəbər verir ki, 2010-cu ildə “Instagram” tətbiqini işə salaraq qlobal miqyasda məşhurlaşan tətbiqin həmtəsisçiləri Kevin Sistrom və Mayk Krieger növbəti startap layihə üzərində işləməyə başlayıblar.

Müttəfiqlər "Artifact" adlandırdıqları xəbər oxuma tətbiqi də daxil olmaqla, bir çox sosial media tətbiqetməsinə eyni yerdə çatmağa imkan yaradacaq təşəbbüsü həyata keçirmək üçün müvafiq addımlar atıblar.

Tətbiqin özü hələ ictimaiyyət üçün əlçatan deyil, lakin maraqlanan istifadəçilərə əvvəlcədən qeydiyyatdan keçmək üçün gözləmə siyahısı təklif edilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən tətbiqetmə “Google”un 2013-cü ildə bağladığı “Google Reader”ə müasir rəqib kimi dəyərləndirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et