"Instagram"a yeni funksiya əlavə olunacaq | Banco.az

"Instagram"a yeni funksiya əlavə olunacaq

Tamara Mustafayeva, Banco.az

“Instagram” re-post funksiyasını sınaqdan keçirməyə başlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, dünyanın ən çox istifadəçisi olan sosial media tətbiqlərindən biri olan "Instagram" müəyyən dövrlərdə digər platformalara xas xüsusiyyətləri strukturuna inteqrasiya edir. Bu vaxta qədər "Snapchat"ın hekayə, "TikTok"un qısa video xüsusiyyətini istifadəçilərinə təqdim edən "Instagram" bu dəfə tətbiqə "Twitter"in "Re-post" (Yenidən paylaş) funksiyasını əlavə etmək üçün qollarını çırmalayıb.

Şirkət hələ ki, mövzu ilə bağlı rəsmi açıqlama verməsə də, sosial media məsləhətçisi Matt Navarra tərəfindən aşkarlanan yeni funksiya ilə istifadəçilər artıq birbaşa "Instagram" vasitəsilə hər hansı paylaşımı yenidən öz səhifələrində dərc edə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Instagram" daha əvvəl bu xidməti istifadəçilərinə "Re-post" tətbiqi ilə təklif edirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et