Müəllif:Ayşən İmanova/Banco.az
“Instagram” sosial şəbəkəsi Türkiyədə bloklandıqdan sonra nümayəndəliyini açmağa razılıq verib.
Banco.az xəbər verir ki, bunu “Hürriyet”ə açıqlamasında Milli Məclisin rəqəmsal media üzrə komissiyasının rəhbəri Hüseyn Yayman deyib.
Onun sözlərinə görə, Türkiyə rəhbərliyi “Instagram”ın sahibi olan “Meta” şirkətinin nümayəndələri ilə artıq iki dəfə görüşüb və onlar ölkədə nümayəndəliyin açılması ilə bağlı razılığa gəliblər.
Yayman əlavə edib ki, lazım gələrsə, “Meta”nın nümayəndələri parlamentə dəvət ediləcək, lakin hələlik belə bir müraciət daxil olmayıb.
Xatırladaq ki, “Instagram” ölkə qanunvericiliyinin tələblərini pozduğu üçün avqustun 2-də Türkiyədə bloklanıb. Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkənin Cümhuriyyət hökumətinin tələblərini yerinə yetirən kimi blokdan çıxarılacağını bildirmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!