"Instagram" platformasına "səssiz rejim" funksiyası əlavə olunub | Banco.az

"Instagram" platformasına "səssiz rejim" funksiyası əlavə olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Instagram” platforması "səssiz rejim" funksiyasını elan edib.

Banco.az xəbər verir ki, “Instagram” istifadəçilərə bildirişləri söndürməklə DM-lərə avtomatik cavab verməyə imkan verən yeni funksiyanı elan edib.

İstifadəçilərə vaxtın idarə edilməsində üstünlük qazandırmağı hədəfləyən "səssiz rejim" funksiyası aktivləşdirildikdə platforma istifadəçilərə bildiriş göndərmir. Bundan əlavə, DM-lərə avtomatik cavab verilməsini də ehtiva edən bu funksiya aktiv olduqda yığılmış bildirişlər sürətli xülasə şəklində istifadəçilərə təqdim olunur. 

Hazırda ABŞ, Böyük Britaniya, İrlandiya, Kanada, Avstraliya və Yeni Zelandiyada istifadəçilərin ixtiyarına təqdim edilən funksiyanın tezliklə digər ölkələrdə də istifadəyə verilməsi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “səssiz rejim” ilə yanaşı “Twitter”də hazırda mövcud olan "Mənə maraqlı deyil" funksiyasını inteqrasiya etməyə çalışan “Instagram” bununla istifadəçilərə “kəşf et” bölməsində görmək istəmədikləri məzmunu bloklama imkanı təmin edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et