Instagram platformasına "birbaşa ödəmə" funksiyası əlavə ediləcək | Banco.az

Instagram platformasına "birbaşa ödəmə" funksiyası əlavə ediləcək

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, sosial media platformaları arasındakı rəqabətin gün keçdikcə artması müvafiq şirkətlərin yenilik axtarışını gücləndirib. Belə ki, bir çox sosial media şirkəti platforma daxili ödəniş modelini aktivləşdirməklə istifadəçilərin bəyənisinə təqdim etmişdi. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, populyar sosial media platformalarından biri olan Instagram da öz növbəsində sözügedən rəqabəti artırmaq üçün yeni funksiya üzərində işləyir. Şirkət platformaya istifadəçilərin "Reels" videoları üçün pul qazanmalarına imkan yaradacaq yeni funksiya əlavə etməyə hazırlaşır.

Bu məqsədlə Instagram kontent yaradan istifadəçilərin həm "Reels", həm də "Live" videoları üzrə daha müfəssəl məlumatlara çıxışını təmin etmək üçün "Insight" funksiyasını aktivləşdirib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et